“Qalatasaray” təkzib etdi – Terimlə Albayrakdan başqa koronavirusa yoluxan yoxdu

“Qalatasaray”da daha 3 nəfərin koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb.

Komanda.az xəbər verir ki, komandanın iki məşqçisi – Ümit Davala və Hasan Şaşdan götürülən testinin nəticəsi pozitiv olduğu iddia olunurdu. Hətta adı açıqlanmayan bir futbolçunun da koronavirusa yoluxduğu bildirilirdi.

Lakin klub bu məlumatı təkzib edib. İstanbul təmsilçisindən verilən məlumata görə, onların testi mənfi nəticə verib. Hazırda karantində olan “Qalatasaray”ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir.

Qeyd edək ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim koronavirus xəstəliyinə yoluxdu təsdiqlənib. Bu gün isə klub prezidenti Mustafa Cengiz və vitse-prezident Yusuf Günayın koronavirus testindən keçəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button