Son oyunda hərəyə 1 qol, 1 xal

Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” autsayder “Ankaragücü”nü qəbul edib. İstanbul təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Lider “Başakşəhər” bu turda “Göztəpə”, “Trabzonspor” isə “Qaziantep” səfərinə yollanıb. Trabzon təmsilçisi səfərdə xal itirdiyi halda, İstanbul klubu darmadağınla qalib gələrək zirvədəki mövqeyini qoruyub.

Son turlarda uğursuz çıxış edən “Fənərbaxça” bu dəfə “Dənizlispor”la üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşündə “Qalatasaray” səfərdə “Sivasspor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. “Rizəspor” – “Alanyaspor” matçı da heç-heçə yekunlaşıb. “Kasımpaşa” isə doğma meydanda “Kayserispor”a böyük hesabla qalib gəlib.

Turun qapanış matçında “Gənclərbirliyi” doğma meydanda “Antalyaspor”la heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası, 25-ci tur

6 mart

Beşiktaş – Ankaragücü 2:1
Qol
: B.Yılmaz, 6-pen. Lyayiç, 88 – İ.Parlak, 90+3.

7 mart

Yeni Malatyaspor – Konyaspor 1:1
Qol
: M.Yıldırım, 80 – Bayiç, 45+4-pen.

Qaziantep – Trabzonspor 1:1
Qol
: Kayode, 53 – Ekuban, 22.

Göztəpə – Başakşəhər 0:3
Qol
: D.Ba, 40. Krivelli, 57. İ.Kahveçi, 90+2.

Fənərbaxça – Dənizlispor 2:2
Qol
: O.Tufan, 22. S.Aziz, 90+1 – Muravski, 45-pen. M.Yumlu, 75.

8 mart

Kasımpaşa – Kayserispor 5:1
Qol
: Koyta, 6. Şarliya, 11. Ndonqala, 30. A.Kara, 83. Y.Erdoğan, 87.

Rizəspor – Alanyaspor 1:1
Qol
: Samudio, 61 – Bammu, 35.

Sivasspor – Qalatasaray 2:2
Qol
: H.Arslan, 7. E.Kılınc, 59 – Falkao, 14. Fequli, 37.

9 mart

Gənclərbirliyi – Antalyaspor 1:1
Qol
: Sio, 53 – Podolski, 82.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 19 qol.