“Qalatasaray” ”Roma”nın hücumçusu ilə maraqlanır

“Qalatasaray” “Roma”nın hücumçusu Stefan El Şaaravi ilə maraqlanır.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Türkiyə klubu 29 yaşlı italiyalının bu yay mümkün satın alınması ilə bağlı araşdırma aparıb.

El Şaaravi ötən mövsüm “Roma”nın heyətində 36 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin