“Qalatasaray” Rayan Donkla bağlı qərarını açıqladı

“Qalatasaray” müqaviləsinin müddəti başa çatan futbolçusu Rayan Donkla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Niderlandlı oyunçu klubla danışıqlardan sonra maaşında 40 faiz endirim edilməsinə razı olub. Belə ki, Donk yeni müqaviləyə əsasən qarşıdakı bir il ərzində 515 min 750 avro qazanacaq.

Qeyd edək ki, Donk “Qalatasaray”a 2016-ci ildə “Kasımpaşa”dan keçib.