“Qalatasaray” nigeriyalı hücumçuyla razılaşdı

“Qalatasaray” qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent olan Əhməd Musanı heyətinə qatmağa yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Qalatasaray”ın 28 yaşlı hücumçu ilə razılaşdığı və tərəflər arasında 2+1 illik müqavilə imzalanacağı bildirilir.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində bu ölkənin “Kalo Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA, İngiltərənin “Lester” və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button