“Qalatasaray” prezidentindən Arda Turan açıqlaması

Türkiyə çempionu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz “sarı-qırmızılar”ın sabiq futbolçusu Arda Turanı geri qaytaracağına dair iddialara münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, hazırda “Başakşəhər”in uğurları üçün çalışan yarımmüdafiəçinin xidmətində maraqlı olmadıqlarını bəyan edib:

“Arda ilə maraqlanmırıq. Biz komandaya uzun illər fayda verəcək, daha sonra isə satışı ilə gəlir qazandıra biləcək futbolçular axtarırıq. Bir sözlə, keçmişə yox, gələcəyə hədəflənmiş yatırımlar etmək istəyirik”.

“Qalatasaray”ın yetirməsi olan Arda Turan karyerası ərzində “Manisaspor”, “Atletiko”, “Barselona” klublarının da formasını geyinib. Müqavilə ilə “Barselona”ya məxsus olan 33 yaşlı futbolçu “Başakşəhər”də 2018-ci ildən çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button