“Alanyaspor”la “Fənərbaxça” da 1/4 finalda

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Bursaspor”la qarşılaşan “Antalyaspor” darmadağınla 1/4 finala yüksəlib. “Sivasspor” “Adana Dəmirspor”la görüşdən qalib ayrılıb. “Qalatasaray” isə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qalatasaray” növbəti mərhələyə yüksəlib.

İkinci oyun günündə daha üç görüş baş tutub. “Konyaspor” “Qaziantep”ə, “Başakşəhər” “Tuzlaspor”a, “Beşiktaş” isə “Rizəspor”a qalib gələrək 1/4 finala vəsiqə əldə edib.

Sonuncu oyun günündə “Alanyaspor” “Ərzurumspor”u, “Fənərbaxça” isə “Kasımpaşa”nı məğlub edərək 1/4 finala yüksəlib.

Türkiyə kuboku, 1/8 final

12 yanvar

Bursaspor – Antalyaspor 0:3

Sivasspor – Adana Dəmirspor 2:1

Yeni Malatyaspor – Qalatasaray 1:1 (penaltilər 6:7)

13 yanvar

Konyaspor – Qaziantep 2:1

Tuzlaspor – Başakşəhər 1:5

Beşiktaş – Rizəspor 1:0

14 yanvar

Alanyaspor – Ərzurumspor 4:1
Qol
: Babakar, 14; 57. Kaulker, 24. Davidson, 77 – Karakullukçu, 8.

Fənərbaxça – Kasımpaşa 1:0
Qol
: Samatta, 51.