“Qalatasaray” onu “Neftçi”ylə oyunun iştirak ərizəsinə niyə salmayıb?

“Qalatasaray”ın keçən ay heyətinə qatdığı Oğulcan Çağlayanın adının Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunun iştirak siyahısına salınmamasının səbəbi bilinib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu “Rizəspor”la müqaviləsini birtərəfli ləğv edərək, “cim-bom”a qoşulmuşdu. Tərəflərin məsələsi məhkəmədə davam etdiyi üçün o, həm Super Liqanın ilk turu çərçivəsində keçirilən “Qaziantep”, həm də “Neftçi”ylə oyunun iştirak ərizəsinə daxil edilməyib. İstanbul klubu hansısa təzminat problemi yaşamamaq üçün belə addım atıb.

“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button