“Qalatasaray” onları icarəyə verdi

Türkiyənin “Fatih Karagümrük” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”ın yarımmüdafiəçisi Cimmi Durmazı icarəyə götürüb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. “Fatih Karagümrük” bir illik icarə üçün “Qalatasaray”a 2 milyon 647 min TL ödəyəcək.

Qeyd edək ki, İsveç yığmasının üzvü olan Cimmi Durmaz 2019-cu ildən “Qalatasaray”dadır. O, daha öncə “Tuluza”, “Olimpiakos”, “Gənclərbirliyi”, “Malmö” və “Forvard” klublarında da çıxış edib.

Yeri gəlmişkən, “Qalatasaray” daha bir futbolçusunu – gənc qapıçısı Berk Balabanı da icarəyə verib. 20 yaşlı qolkiper qarşıdakı mövsümü “Ankaraspor”da keçirəcək. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.