“Qalatasaray” yeni transferini rəsmən açıqladı

“Qalatasaray” “Monako”dan Henri Onyekurunu icarəyə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə “cim-bom”un rəsmi saytı məlumat yayıb. Onyekuru mövsümün sonuna qədər “Qalatasaray”ın formasını geyinəcək.

Super Liqa təmsilçisi 22 yaşlı hücumçu üçün “Monako”ya 750 min avro ödəyəcək.

Onyekuru daha əvvəl 2018/19 mövsümündə də “Qalatasaray”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button