“Qalatasaray”da 2 itki

“Qalatasaray” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, “cim-bom”un iki futbolçusu – Rayan Babel və Fernando Muslera sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu milli komandalarının düşərgələrində zədələnib.

Babel Hollandiya, Muslera isə Uruqvay millisinin heyətindən çıxarılıb. Hər iki futbolçunun son durumu Türkiyədə keçiriləcək tibbi müayinədən sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button