Super Liqanın liderinə 1 qol bəs etdi

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Beşiktaş” “Yeni Malatyaspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Şənbə günü daha üç görüş baş tutub. Səfərdə “Bursaspor”la qarşılaşan “Rizəspor” inamlı qələbəyə sevinib. “Akhisarspor” – “Ankaragücü” matçında qapılara qol vurulmayıb. “Fənərbaxça” isə doğma meydanda qarşılaşdığı “Konyaspor”la oyunda qələbəni əldən verib.

Bazar günün “Ərzurumspor” doğma meydanda “Sivasspor”a, “Kayserispor” isə “Göztəpə”yə qalib gəlib. “Trabzonspor” evdə “Alanyaspor”a uduzub. “Qalatasaray” isə “Kasımpaşa” ilə səfər matçında darmadağına sevinib.

Turnir cədvəlinin lideri “Başakşəhər” “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda minimal hesabla qalib gəlməklə zirvədəki mövqeyini daha da gücləndirib.

Türkiyə Super Liqası, 22-ci tur

15 fevral

Yeni Malatyaspor – Beşiktaş 1:2
Qol: Ö.Şişmanoğlu, 65 – Hatçinson, 49. Lyayiç, 70.

16 fevral

Akhisarspor – Ankaragücü 0:0

Bursaspor – Rizəspor 0:2
Qol: Şaheşuhe, 12. Azubuike, 78.

Fənərbaxça – Konyaspor 1:1
Qol: Jaylson, 45 – Fofana, 36.

17 fevral

Ərzurumspor – Sivasspor 4:2
Qol: Şçuk, 4-pen. Eduok, 30; 60. Obertan, 72 – Rıbalka, 12. H.Arslan, 56.

Kayserispor – Göztəpə 2:1
Qol: Çeri, 14. Mensah, 88 – D.Turuç, 83-öz qapısına.

Trabzonspor – Alanyaspor 0:2
Qol: Sisse, 51; 68.

Kasımpaşa – Qalatasaray 1:4
Qol: Trezeqe, 14 – Belhanda, 22. Fequli, 28; 53; 68.

18 fevral

Antalyaspor – Başakşəhər 0:1
Qol: Kudryaşov, 33.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button