“Qalatasaray” hücumçusunu icarəyə verdi

“Qalatasaray” hücumçusu Jesse Sekidikanı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, nigeriyalı futbolçu mövsümün sonuna qədər Super Liqanın digər təmsilçisi “Konyaspor”da çıxış edəcək.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə futbolçunun maaşının “Konyaspor” tərəfindən ödəniləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 24 yaşlı forvard ötən ilin yanvarında “Qalatasaray”la 4.5 illik müqavilə imzalayıb.