“Qalatasaray” futbolçusunu göndərdi – rəsmi

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yunus Akgünü icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu 20 yaşlı futbolçunu “Adana Dəmirspor”a icarəyə verib. O, 2020/21-ci il mövsümünün sonuna qədər icarə əsasında “Adana Dəmirspor”da çıxış edəcək.