“Trabzonspor”dan inamlı qələbə

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider “Başakşəhər” “Sivasspor” səfərinə yollanıb. Son turlarda qələbəyə həsrət qalan İstanbul təmsilçisi yenə xal itkisi ilə üzləşib.

Şənbə günü üç görüş baş tutub. Dörd qolun qeydə alındığı “Ankaragücü” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Ərzurumspor” “Bursaspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Səfərdə “Kasımpaşa” ilə qarşılaşan “Fənərbaxça” isə əzmkar qələbə qazanıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Qalatasaray” doğma azarkeşləri qarşısında “Beşiktaş”ı qəbul edib və iki cavabsız qolla qalib gəlib.

Son oyun günündə iki görüş baş tutub. Altı qolun qeydə alındığı “Alanyaspor” – “Konyaspor” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Trabzonspor” – “Kayserispor” görüşündə də qapılara altı qol vurulub. Lakin bu oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Türkiyə Super Liqası, 31-ci tur

3 may

Sivasspor – Başakşəhər 0:0

4 may

Ankaragücü – Rizəspor 2:2
Qol
: İ.Parlak, 59. Pazdan, 85 – Melnyak, 26. Muriqi, 90-pen.

Ərzurumspor – Bursaspor 2:0
Qol
: Eduok, 77. H.Arslan, 84.

Kasımpaşa – Fənərbaxça 1:3
Qol
: H.Tekin, 13-öz qapısına – Elmas, 20. Valbuena, 72. Soldado, 76.

5 may

Akhisarspor – Yeni Malatyaspor 0:2
Qol
: M.Lopes, 50-öz qapısına. Bifuma, 66.

Göztəpə – Antalyaspor 4:1
Qol
: S.Gürler, 11; 72. D.Kadah, 35-pen; 66-pen – M.Erdinc, 18.

Qalatasaray – Beşiktaş 2:0
Qol
: Onyekuru, 44. Fernando, 54.

6 may

Alanyaspor – Konyaspor 2:4
Qol
: Sisse, 29; 47 – Yevtoviç, 39. Ö.A.Şahiner, 71. Hurtado, 90.

Trabzonspor – Kayserispor 4:2
Qol
: Sosa, 16. Y.Yazıçı, 20. A.Omur, 65. Novak, 84 – H.H.Acar, 32; 64.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 28 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button