“Qalatasaray” Balotellini alır

Türkiyə çempionu “Qalatasaray” İtaliya yığmasının hücumçusu Mario Balotellini heyətinə qatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı tanınmış idman jurnalisti Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi artıq hücumçunun meneceri Mino Rayola ilə danışıqlara start verib. Tərəflər bu transferin yayda həll olunmasına çalışırlar.

Qeyd edək ki, hazırda “Breşiya”ya məxsus olan Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Olimpik” (Marsel) və “Nitsa” kimi klublarda da çıxış edib. 30 yaşlı qalmaqallı futbolçu 2019-cu ildən formasını geyindiyi “Breşiya”da 19 oyuna 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button