“Qalatasaray” “Neftçi” ilə oyuna bu “11-lik”lə çıxacaq

“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah “Neftçi” ilə qarşılaşacaq.

Komanda.az “Fotomaç”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın paytaxt təmsilçisi ilə görüşdəki təxmini 11-liyi məlum olub. “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Neftçi” ilə oyunda Arda Turan, Falkao və Kristian Luyindamaya istirahət verəcək.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

“Qalatasaray”ın təxmini 11-liyi: Fatih Öztürk, Omar, Donk, Markao, Saraççi, Taylan, Belhanda, Babel, Emre Kılınç, Fequli, Diane.