Qadzedən yubiley qolu

Riçard Qadze “Zirə”də 15-ci qolunu vurub.

Komanda.az xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının 15-ci turuna təsadüf edib.

Qanalı legioner “Sabah”la oyunda (2:0) “qartallar”ın ikinci qoluna imza atıb. O, qollarından 13-nə Premyer Liqada, 2-nə UEFA Avropa Liqasında imza atıb.

Qadze hesabını 2017-ci il fevralın 12-də “Qəbələ”yə qarşı ev oyununda (2:2) açıb. O, Premyer Liqanın 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 7, cari çempionatda isə 3 dəfə rəqib qapısına yol tapıb. Avrokubok qolları isə 2017/18 mövsümünə təsadüf edib.

Maraqlıdır ki, Riçard vurduğu 15 topa 15 müxtəlif oyunda imza atıb. “Sabah” afrikalının qapısına qol vurduğu 9-cu komanda olub. O, “Sumqayıt”a 3, “Kəpəz”, “Qarabağ”, “Neftçi”, “Düdelanj”ın hərəsinə 2, “Keşlə”, “Səbail” və “Qəbələ”yə də 1 qol vurub.