Qadın futbolçulardan ibarət Rusiya Super Liqasında iştirak edən “Yenisey” komandası Azərbaycan millisinin üzvləri Diana Məmmədova və Alina Dorofoyeva ilə olan müqavilələrin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. “Yenisey” Diana ilə 1, Alina ilə isə 2 illik yeni sözləşmə imzalayıb.