DÇ: Azərbaycan millisi Monteneqroya da uduzdu

Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində Monteneqro millisi ilə qarşılaşıb. Komandamız bu oyundan da məğlubiyyətlə ayrılıb.

Azərbaycan millisi E qrupunda Danimarka, Rusiya, Monteneqro, Bosniya və Herseqovina və Malta ilə mübarizə aparır. Azərbaycan yığması 0 xalla qrup sonuncusudur.

DÇ-2023, seçmə mərhələ

21 oktyabr

Monteneqro – Azərbaycan 2:0
Qol: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan)