Azərbaycan millisinin Polşa və Çexiya ilə matçlarının vaxtı açıqlandı

Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı hələ məlum deyil.