Azərbaycan klubu amerikalı hücumçuyla gücləndi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini yeni oyunçuyla gücləndirib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi amerikalı hücumçu Naya Krittendeni transfer edib.

Naya, 2020/2021 mövsümündə Bakı klubunun formasını geyinəcək. 25 yaşlı oyunçu son olaraq İsveçrənin “Franş-Montan” klubunda çıxış edib.