Qadın futbolçu kişilərdən ibarət komandaya transfer olundu

Qadın futbolçulardan ibarət Yaponiya milli komandasının üzvü Yuki Naqasota kişilərlə bir komandada futbol oynayacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yuki, kişi futbolçulardan ibarət “Hayabusa Eleven” komandasına keçib. 33 yaşlı hücumçu kişilərlə birlikdə futbol oynayacaq ilk yaponiyalı qadın oyunçu kimi tarixə düşüb.

Yuki icarə əsasında “Hayabusa Eleven”ə keçib. O, müqavilə ilə qadın futbolçulardan ibarət “Çikaqo Red Starz”a məxsusdur.

Yuki Naqasota 2004-cü ildən Yaponiya yığmasına dəvət alır.