0:29-a şərh: “Başımızı aşağı əyməyəcəyik”

Qadın futbolçulardan ibarət “San Paulo” klubu Paulista kubokunun ilk turunda “Tabu” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, görüşdə tarixi nəticə qeydə alınıb. Belə ki, “San Paulo” qarşılaşmada 29:0 hesablı qələbə qazanıb. Görüşün ilk hissəsində 17, ikinci hissəsində isə 12 qol vurulub.

“Tabu” klubunun adı açıqlanmayan bir futbolçusu oyundan sonra açıqlamasında klubun maliyyə problemləri yaşadığını bildirib:

“Məşq formamız belə yoxdur. Kimsə bizə pul ödəmir. Turnirdə iştirak etmək üçün çox çalışmışdıq, ancaq biz başımızı aşağı əyməyəcəyik”.