Polşa yığmasının çalışdırıcısı Azərbaycanla oyundan danışdı

Qadın futbolçulardan ibarət Polşa milli komandasının baş məşqçisi Miloşz Stepinski Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Stepinski, 3:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Sevindirici haldır ki, pandemiya olmasına baxmayaraq, bu oyun baş tutdu. Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Oyuna gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.