Azərbaycan millisinin baş məşqçisindən 0:3-ə şərh: “Komandanın oyunundan razıyam”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Polşaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əsgərov, 0:3 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“İlk öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.