Azərbaycan millisi Maltaya da uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Malta millisi ilə qarşılaşıb. Komandamız bu görüşdən də məğlubiyyətlə ayrılıb.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyunda da uduzmuşdu. Yığma Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) hesabıyla məğlub olmuşdu.

Dünya çempionatı, seçmə mərhələ

26 oktyabr

Azərbaycan – Malta 1:2
Qol: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)