Azərbaycan millisi Çexiyaya da uduzdu

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti qarşılaşmasını keçirib.

Komanda.az xəbər verir ki, cari tsikldə ilk ev matçında rəqib Çexiya milli komandası olub.

Bu, qadınların əsas yığmasında 10-11 illik fasilədən sonra öz meydanında ilk seçmə mərhələ görüşü olub. Siyasət Əsgərovun yetirmələri qrupda mübarizəyə İspaniyayla səfər matçıyla başlayaraq 0:4 hesablı məğlubiyyət almışdı.

“ASCO Arena”da baş tutan çexlərlə qarşılaşma da millimizin məğlubiyyəti ilə başa çatıb. Komandamız bu dəfə də 4 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, millimiz bu oyundan 3 gün sonra Moldova yığmasıyla səfər matçını keçirəcək.

AÇ-nin seçmə mərhələsi
noyabr

Azərbaycan – Çexiya 0:4
Qol
: Lucie Vonkova, 37; 69. Andrea Staşkova, 60. Kamila Dubcova, 73.
Bakı. “ASCO Arena” stadionu.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 14. Parlak Nazlıcan, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva, 23. Yeliz Açar.
Ehtiyat oyunçular: 12. Nigar Abdulova, 22. Gülsüm Tunc, 4. Nigar Mirzəliyeva, 8. Firəngiz Teymurova, 11. Vüsalə Hacıyeva, 15. Kamilla Məmmədova, 16. Salome Qasviani, 17. Vüsalə Seyfəddinova, 19. Sona Rəhimova, 20. Roza Quliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
Çexiya: 1. Barbora Votikova, 3. Elişka Sonntagova, 4. Petra Bertholdova, 7. Lucie Martinkova, 8. Jana Sedlaçkova, 9. Lucie Vonkova (k), 10. Katerina Svitkova, 11. Kamila Dubcova, 12. Klara Cahynova, 17. Tereza Szevieczkova, 21. Andrea Staşkova.
Ehtiyat oyunçular: 16. Barbora Ruziçkova, 23. İvana Pizlova, 2. Aneta Dedinova, 6. Michaela Khirova, 13. Jitka Chlastakova, 15. Marketa Ringelova, 18. Michaela Dubcova, 19. Simona Necidova, 20. Pavlina Nepokojova, 22. Andrea Jarchovska.
Baş məşqçi: Karel Rada.