Qadın futbolçudan Ronaldonun ünvanına sərt ifadələr: “Onun əsl üzünü heç kim bilmir”

Qadın futbolçulardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan “Yuventus”lu Kriştiano Ronaldo haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, Ronaldonun ünvanına sərt ifadələr işlədib:

“Ronaldonun pis futbolçu olduğunu demirəm, ancaq onun adı futbolla yanaşı, təcavüz xəbərlərində də hallanıb. Çox sübutlar var, amma hamısı gizlədilir. Ronaldonu hamı yaxşı biri kimi tanıyır. O, ancaq mediaya qarşı belədir. Onun əsl üzünü heç kim bilmir”.