Qərar verildi – Rusiya və Belarus cüdoçuları ilə bağlı

Beynəlxalq Cüdo Federasiyasının (İJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı məlum olub.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.

Bu barədə İJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button