Qədirzadə oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 90+2-ci dəqiqədə meydana buraxılıb.

“Samtrediya” 7 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button