“Qəbələ”nin və “Zaqatala”nın oyununun vaxtı dəyişdirildi

Peşəkar Futbol Liqası (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, martın 16-da təşkili planlaşdırılan 1-ci divizionun 18-ci turunun “Qəbələ-2” – “Səbail-2” görüşü saat 14:00-dan saat 13:00-a keçirilib. “Qəbələ-2” – “Səbail-2” görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında keçiriləcək.

Bundan başqa, “Zaqatala” – MOİK matçı da eyni saatda start götürəcək.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Zirə” oyunu ötən gün qara görə təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button