“Qəbələ”nin üzvü çempion oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub.

Komanda.az xəbər verir ki, Nəbiyev kikboksinq üzrə Azərbaycan çempionatında uğurlu olub. O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət qala-gecəsində qüvvəsini sınayıb.

Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb. ​Onun rəqibi Elmar Abdullayev olub. Bu döyüşdən qələbə ilə ayrılan Alim çempion adına yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button