“Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” klubu bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə üz-üzə gəlib. Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələri toplanış çərçivəsində son sınağına çıxıb.

Qarşılaşma “Qəbələ”nin qələbəsiylə yekunlaşıb. Azərbaycan təmsilçisi 69-cu dəqiqədə penaltini də boşa verib.

Bu matçla Bolu toplanışını başa vuran “Qəbələ” ardınca vətənə dönəcək.

Yoxlama oyunu

17 iyul

Boluspor (Türkiyə) – Qəbələ 1:2
Qol: Yasin Dülger, 90 – Merab Qiqauri, 19. Klesio, 47.

Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopez, Ülvi İsgəndərov, Kristian.
Bolu. “Koru” otelinin meydançası

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button