“Qəbələ”nin məşqçilər heyətində dəyişiklik

“Qəbələ”nin məşqçilər heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. 2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.

Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997-2008) Məmmədov, karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Xatırladaq ki, bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər heyətində yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından klubda çalışan Bağırov 2019/20 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button