“Qəbələ”nin kubok rekordçuları

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb. Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.

Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar

1. Kənan Kərimov – 7

2. Filip Ozobiç – 6

3. Vüsal Qarayev – 5

4-8. Viktor Mendi – 4

 İbrahim Hüseynov – 4

 Daniel Subotiç – 4

 Aleksey Qay – 4

 Baqali Dabo – 4

9-15. Dodo – 3

Samir Zərgərov – 3

Stiven Monroz – 3

Ruslan Qurbanov – 3

Ermin Zets – 3

Davit Volkov – 3

Klesio Bauk – 3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button