“Qəbələ” Amin Seydiyevin yeni klubunu açıqladı – rəsmi

“Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub.

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, komandada 39 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button