“Qəbələ”nin 15-ci startı

Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020/21-ci illər mövsümü başlayacaq.

Komanda.az xəbər verir ki, 29-cu ölkə çempionatı “Qəbələ” üçün yubileylə əlamətdar olacaq. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq. Komanda indiyədək 14 dəfə Premyer Liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. “Qəbələ” bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan “Qəbələ” 107 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran futbolçuları 444 top buraxıb. 

2006/07 24441617-4720XI yer 
2007/08 261131233-36 36VI yer
2008/0926961128-2133X yer 
2009/1032131036-3649VI yer 
2010/11321312 31-1851VII yer 
2011/12321510 43-32 52V yer
2012/13321081432-4038VI yer
2013/14 361871148-3661III yer 
2014/15321546-35 54III yer 
2015/16361611944-2859III yer
2016/17281410446-2152II yer
2017/1828147743-2649II yer
2018/1928991031-3336IV yer
2019/2020541125-3519VIII yer 
Cəmi412166107139505-444605 

“Qəbələ” evdə və səfərdə eyni sayda – 206 oyun keçirib. Öz meydanında 94 qələbəsi olan “qırmızı-qaralar” 54 dəfə heç-heçə edib. 58 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 269 top keçirib və 186-nı buraxıb. Səfərdə 72 dəfə üç xal əldə edən komanda rəqib meydanlarında 53 sülhə imza atıb. 81 dəfə səfərdən xalsız dönən “Qəbələ” 236 qol vurub, 258-ni buraxıb.

Bu 14 mövsümdə “Qəbələ”nin formasını 232 futbolçu geyinib. Onlardan altısı 100 matç səddini arxada qoyub: Urfan Abbasov – 177, Dodo – 131, Dmitri Bezotosnı – 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Asif Məmmədov – 105.

“Qəbələ”nin qollarına 106 futbolçu imza atıb. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İlk “beşlik”də hərəyə 16 dəfə fərqlənən Yannik Kamanan və Filip Ozobiç də yer alıb.

“Qırmızı-qaralar”a Premyer Liqadakı 14 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 

“Qəbələ” 14 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb, 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub:

05.08.2006. Gilan (Qəbələ) – İnter (Bakı) – 0:0

11.08.2007. Standard (Bakı) – Qəbələ – 0:1

09.08.2008. Qəbələ – Muğan (Salyan) – 4:1

16.08.2009. Qəbələ – Simurq (Zaqatala) – 2:1

07.08.2010. Xəzər Lənkəran – Qəbələ – 1:0

07.08.2011. Qəbələ – Bakı – 0:0

04.08.2012. Simurq (Zaqatala) – Qəbələ – 1:1

02.08.2013. Bakı – Qəbələ – 1:2

10.08.2014. İnter (Bakı) – Qəbələ – 4:0

10.08.2015. Qəbələ – Qarabağ (Ağdam) – 2:2

08.08.2016. Qəbələ – Kəpəz (Gəncə) – 2:0

12.08.2017. İnter (Bakı) – Qəbələ – 1:2

12.08.2018. Qəbələ – Səbail (Bakı) – 3:0

17.08.2019. Qəbələ – Sumqayıt – 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button