“Qəbələ” mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Qəbələ” də bu gün növbəti oyununa çıxıb. Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Gürcüstan “Dinamo”su ilə qarşılaşıb. Tbilisidə keçirilən qarşılaşma Azərbaycan təmsilçisi üçün uğursuz alınıb.

Komandalar arasındakı ilk oyunda “Qəbələ” 0:2 hesabıyla məğlub olmuşdusa, bu dəfə 3 cavabsız qolla məğlub olub. “Qırmızı-qaralar” növbəti mərhələyə yüksələcəyi təqdirdə, Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaqdı.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust

Dinamo (Tbilisi, Gürcüstan) – Qəbələ 3:0
Qol:
Levan Şengeliya, 68; 88. Kvame Karikari, 90+3.
Baş hakim: Petri Vilyanen (Finlandiya)
İlk oyun – 2:0

Dinamo: 1. Perales Najera, 3. Viktor Mongil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze.
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Qudza Ruxaya, 4. Abdel Mediub, 6. Bakar Kardava, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arfanq Daffe.
Baş məşqçi: Feliks Miranda.
Qəbələ: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Zuniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 21. Ferreyra Lopes, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Sənan Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button