63-cü duel

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

Komanda.az xəbər verir ki, turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək.

“Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Qəbələ şəhər stadionundakı matç noyabrın 29-da keçiriləcək.

Bu görüş rəqiblərin 63-cü dueli olacaq. İndiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 31 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 92 top buraxıb.

“Qəbələ” Premyer Liqada 52-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 51 oyunda 10 qələbəsi olan bu komanda 14 dəfə meydanı “sülh”lə tərk edibsə, 27 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.

“Qəbələ” 31-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən “Qəbələ” futbolçuları 39 qola üzülüb.

Noyabrın 29-da baş tutacaq “Qəbələ” – “Qarabağ” oyununa saat 16:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button