“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçı Qəbələdə oynanılıb. “Qəbələ” doğma azarkeşləri qarşısında turnir cədvəlinin 2-cisi “Neftçi” ilə qarşılaşıb. Əyalət təmsilçisi bu oyunda növbəti məğlubiyyətini alıb. Günün son matçında “Keşlə” “Zirə”ni qəbul edib. Bu görüşdə isə meydan sahibləri darmadağınla qalib gəliblər.

Tura bu gün keçirilən 2 qarşılaşma ilə yekun vurulub. Əvvəlcə “Sabah” “Səbail”i qəbul edib. Meydan sahiblərinin 15-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb. Lider “Qarabağ” isə bu mövsüm yeganə məğlubiyyətini aldığı “Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Azərbaycan Premyer Liqası, 18-ci tur

22 fevral

Qəbələ – Neftçi 0:2
Qol: Anton Krivotsyuk, 8. Baqali Dabo, 14.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 15:00

Qəbələ: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 12. Abdelrafik Jerar, 2. Amin Seydiyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 19. Rövlan Muradov
Baş məşqçi: Azər Bağırov

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov

______________________________________________________________________________

Keşlə – Zirə 4:0
Qol: Şahrux Qadoyev, 20; 71. Vüsal İsgəndərli, 45. Pərviz Azadov, 89.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 17:00

Keşlə: 1. Stanislav Namaşko,4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç,10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao,30. Şahrux Qadoyev, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlız 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 88. Seymur Əsədov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 48. Şafik Tiqrudja, 43. Riçard Qadze, 3. Ali Sisey, 11. Davit Volkov, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 25. Miloş  Bakraç, 18. George Anton, 20. Əli Şirinov, 55. Rauf Hüseynli
Baş məşqçi: Zaur Həşimov

______________________________________________________________________________

23 fevral

Sabah – Səbail 0:0
Qırmızı vəqərə: Koçuk, 15
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 16:00

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 99. Ramil Şeydayev, 23. Amadu Diallo, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

Səbail: 1. Aleksandr Rıbka13. Şəhriyar Rəhimov14. Rahid Əmirquliyev (k)34. Urfan Abbasov55. Adil Nağıyev9. Mirsahib Abbasov11. Rauf Əliyev10. Maykl Esyen21. Eriko da Silva27. Hendrik Ekşteyn19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 29. Şahin Zəkiyev, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Qarabağ – Sumqayıt 1:0
Qol: Mahir Emreli, 49.
Qırmızı vərəqə: Mahir Emreli, 90+2.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 71. Toral Bayramov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button