“Qəbələ” liderlər sırasında yer almağa layiqdir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli “Qəbələ” görürük. Bu gün də tam göstərdilər ki, liderlər sırasında yer almağa layiqdirlər. Çox istəkli idilər.

Komandamda yorğunluq gördüm. Açığı, belə bir halın yaşanacağını gözləyirdim. Həm Avropa Konfrans Liqasındakı son oyundan, həm də builki qrafikimizdən sonra futbolçular yorğunluğu hiss etməlidir. Buna baxmayaraq, yaxşı mübarizə apardılar, güclərini meydanda ortaya qoydular. Hər bir halda, bir xal qazandıq. “Qəbələ”yə uğurlar arzu edirəm. Stadiona gələn, dəstək olan azarkeşlərə də təşəkkürümü bildirirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button