“Qəbələ”nin legionerinə milli dəvət

“Qəbələ” klubunun futbolçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu millinin DÇ-2022-nin seçmə mərhələsində Mavritaniya ilə qarşılşacağı oyunlar üçün heyətə dəvət alıb. Mozambiklə Mavritaniya arasındakı oyunlar sentyabrın 4-də və 10-da keçiriləcək.

Klesio Bauk “Qəbələ”yə bu yay transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button