“Qəbələ” Kiprdə ilk məşqinə çıxdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Kiprə yollanıb.

Komanda.az xəbər verir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsində APOEL-lə qarşılaşacaq “qırmızı-qaralar” bu gün günorta saatlarında Nikosiyaya çatıb.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda günün ikinci yarısında Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.

Komanda sabah oyunöncəsi son məşqinə çıxacaq.

Xatırladaq ki, tarixində 3-cü UEFA Gənclər Liqasında qüvvəsini sınayacaq “Qəbələ”nin APOEL-lə ilk oyunu oktyabrın 2-də baş tutacaq. Nikosiyanın “Makarion” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button