“Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyevin Küveytin “Əl-Salmiyə” klubuna keçidinin detalları məlum olub.

Komanda.az “Qəbələ”nin saytına istinadən xəbər verir ki, Asiya təmsilçisinin nümayəndələri Kamalı “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər.

“Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. Kamal, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button