“Qəbələ” keçmiş futbolçusunu geri qaytardı

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Qəbələ təmsilçisi İbrahima Niasse ilə razılıq əldə edib. Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. 31 yaşlı yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanacaq.

Niasse 2013/14 mövsümündə də “Qəbələ”də forma geyinib. Son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda forma geyinən seneqallı futbolçu iyulun 1-dən işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button