“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarıldı

UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” klubunun U-19 komandaları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 AZN-dir.

Biletləri Qəbələ şəhər stadionu və “Qəbələ” oteldə yerləşən fan-şopdan əldə edə bilərsiniz.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələnin cavab oyunu
4 oktyabr

17:00. Qəbələ – Hayduk
Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə).
Qəbələ şəhər stadionu.
İlk oyun – 0:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button