“Qəbələ” “Çezena” və “Venetsiya” ilə eyni qrupda

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” İtaliyanın San Vito şəhərində təşkil olunacaq “Fabio Zukkeri Memorialı”nda qüvvəsini sınayacaq. İyunun 7-10-da keçiriləcək turnirdə 16 komanda mübarizə aparacaq.

“Qəbələ” A qrupunda İtaliya təmsilçiləri “Çezena”, “Venetsiya” və “Manzanese” ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri eyni gündə – iyunun 8-də baş tutacaq.

B qrupunda “Udineze”, “Pordenone”, “Donatello” (hamısı İtaliya), “Zrinski” (Bosniya və Herseqovina), C qrupunda “İnter”, “Cenoa”, “Esperia-97” (hamısı İtaliya), “Qrbçi” (Xorvatiya), D qrupunda isə “Triestina”, “Akuileya” (hər ikisi İtaliya), “Hayduk” (Xorvatiya) və “Qoritsa” (Sloveniya) mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button