“Qəbələ”dən ayrılan futbolçunun yeni klubu açıqlandı

Keçən mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran İvitsa Juniçin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Rumıniyanın ÇFR klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmmayıb.

32 yaşlı müdafiəçi 2019/20-ci il mövsümünü “Qəbələ”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button