Xavinin “Barselona”ya “yox” deməsinin səbəbi

Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi, keçmiş klubu “Barselona”dan gələn baş məşqçilik təklifinə “yox” deyib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, 40 yaşlı mütəxəssisin yayda Kataloniya təmsilçisində işə başlamaq istədiyi bildirilir. “Barselona”da öz komandasının 0-dan qurmaq istəyən Xavi, bu səbəbdən də kataloniyalılara “yox” deyib.

Xavi futbolçu karyerasında 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub. İspaniya millisinin sabiq yarımmüdafiəçisi 2019-cu ilin iyulundan “Əl Sədd” klubunu çalışdırır.

“Barselona” baş məşqçisi Ernesto Valverde ilə yollarını ayırmağa hazırlaşır.